Sumqayıtda 21 nəfər yıxılaraq sınıq xəsarəti alıb, 13 nəfər isə əzilib – YENİLƏNİB

Sumqayıtda qarlı hava ilə əlaqədar 21 nəfər yıxılaraq sınıq xəsarəti alıb, 13 nəfər isə əzilib.

Bunu APA-ya açıqlamasında Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova bildirib.

Onun sözlərinə görə, sınıq xəsarəti alanlardan 4-ü və əzilənlərdən 1- uşaqdır.

Xəsarət alanların hər birinə ambulator yardım göstərilərək evə buraxılıb.

***

saat 13:58

Sumqayıtda qarlı hava ilə əlaqədar 9 nəfər yıxılaraq sınıq xəsarəti alıb, 7 nəfər isə əzilib.

Bunu APA-ya açıqlamasında Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə Sadıxova bildirib.

Onun sözlərinə görə, onlardan 3-ü (2 sınıq, 1 əzik) təcili yardım maşınları, qalanları isə fərdi maşınlarla gətirilib.

Xəsarət alanların hər birinə ambulator yardım göstərilərək evə buraxılıb.

Facebook Comments