Sultan Əhməd Camisində Cümə Namazı

Sərxan Carçı

Qafqaz İslam Ordusunun zəfərinin 100-cü ildönümü günü İstanbulda həmin ordunun şəhidlərinə həsr etdiyim kitabın təqdimatı oldu. “Cümhuriyyət Xilaskarları-Əmanət Məzarlar” adlanan kitabın təqdimatı ordu komandanı Nuru Paşanın məzarı önündə gerçəkləşdi.

Yeri gəlmişkən təqdimatın təşkilatçıları Bütöv Azərbaycan Birliyi (BAB) rəyasət heyətinin sədri Aqil Səmədbəyliyə və tarixçi-araşdırmaçı, şair Dursun Elmas bəyə təşəkkürümü bildirirəm.
Təqdimat səfərimdən yararlanaraq İstanbulun görmək istədiyim yerlərinin demək olar ki, hamısını gəzdim. Təbii ki, arzusunda olduğum yerlərdən biri Sultan Əhməd Camisi idi. Şəhərə çatanda isə daha gözəl mənzərələrin şahidi oldum. Bir-birinə yaxın olaraq Sultan Əhməd Camisinə bənzər neçə-neçə Allah evi var. Allaha nə qədər həmd və şükür etsəm azdır ki, Sultan Əhməd Camisini nəinki görməyi, hətta orada cümə namazı qılmağı da nəsib etdi.

Bəllidir ki, cümə namazının özəlliyi söylənən xütbədir. Qismətdən xütbədə günümüz üçün çox aktual olan mövzu danışıldı: Ağıl və ağılı istifadə etmək.

Bu mövzu ona görə aktualdır ki, islama qarşı olanların iddiasına görə guya islam dini ağıla, ağılı işlətməyə qarşı imiş. Və çox təəssüf ki, bu cür iddialara əksər dindar insanlarımız özləri rəvac verirlər. Ağıla, məntiqə üstünlük verməkdənsə, sanki din vərəsəlik imiş kimi, Allahın dinini yaşamaq əvəzinə təqlidçiliklə məşğul olurlar. (Təbii ki, yazığım son cümlə gerçək Allah yolu gedənlərə aid deyil) .

Cənab haqq neçə-neçə ayəsində bəndələrinə “Hələ ağıl etməyəcəksinizmi?” deyə xitab edir. Ayələrdən birində isə “Ağılını işlətməyənin üzərinə cəza vardır” deyə buyurulur.

Müqəddəs kitaba görə cənnətə deyil, cəhənnəmə gedən insanların başqa bir şeyə görə deyil ağıllarını işlətmədikləri üçün orada olduqlarını görürük.

Mülk surəsi 10: “… Əgər biz eşitmiş və ağıl etmiş olsaydıq alov əhli arasında olmazdıq…”

İndiyə qədər də oxuyub, öyrəndiyimizə görə ağıl cənab haqqın bir nemətidir. Beynimizə komanda edən, bütün vücudumuzu idarə edən bir gücdür. Hər kəsin vücudunu ağıl idarə edir və hər kəsə (həm də bərabər olaraq) verilib. Sadəcə olaraq beyinlərinə görə hər insan ağıldan fərqli istifadə edə bilir.

Hətta heyvanların da ağılı var. Öz məhdud beyinlərinə görə onlar da çox məhdud formada ağıllarını istifadə edirlər. Məsələn hər hansı bir heyvan sürüsünün “liderinin” olması, uçan durnaların bir qatar başı-ona nəsə olsa digərinin onu əvəz etməsi, quşların balalarını sıra ilə yemləməsi və s. bunun göstəricisidir.

Çox təəssüflə qeyd etməliyəm ki, islam aləmində edilən yanlışlıq həmin gün Sultan Əhməd Camisində təkrar edildi. Belə ki, ağıl barədə ətraflı və maraqlı danışan imam sonda Qurani Kərimdə bir neçə dəfə keçən “ulul əlbab” kəliməsini “ağıl sahibləri” kimi izah etdi.
Əsrlərdir islam alimləri harada “ulul əlbab” kəliməsi keçirsə onu “ağıl sahibləri” və ya “üst ağıl sahibləri” kimi tərcümə edirlər. Tərcüməsi “Allah sirrlərinin sahibləri” olan bu kəlimənin tərifini cənab haqq öz kitabında söyləyir.

Ali İmran 190, 191: “Sözsüz ki, göylərin və yerlərin yaradılışında, ulul əlbab üçün əlbətdə dəlillər vardır. Onlar ayaq üstə olarkən, oturarkən, yan üstü yatarkən (daima) Allahı zikr edərlər…”

Göründüyü kimi ulul əlbab ayaq üstə olanda da, oturanda da, yatanda da (yəni daima) Allahı zikr edən, “daimi zikr” məqamının sahibi olan bir insandır. Daimi zikr isə təbii ki, az zikrlə başlanıb, çox zikrlə davam edərək daimiyə çatan bir yoldur.

Müzəmmil surəsi 8: “Və rəbbinin ismini zikr et və hər şeydən kəsilərək ona dön” .
Əhzab surəsi 41: “Ey mömün olanlar! Allahı çox zikrlə zikr edin”.

Bir şeyə xüsusi diqqət etməliyik ki, Müzəmmil surəsində rəbbimiz zikri əmr edərkən ardınca “hər şeydən kəsilərək ona dön” əmrini verir. Bütün gözəlliklər də məhz bununla başlayır. Qəlbdən gələn bir istəklə rəbbimizə dönməklə, ona yönəlməklə…

Qeyd: Bizdən Allaha dönəcək, ona yönələcək tək şey isə bizi yaradarkən bizə özündən üfürüdyü əmanət ruhdur.

Bölmənin digər xəbərləri

12 Dekabr 2018 “21 Azər” Hərəkatına 73 il sonra baxış – Rüfət Muradlı
08 Dekabr 2018 Lider kim olacaq?
03 Dekabr 2018 “Oğul, mənim baş daşımı Kəlbəcərdən alarsan…”
02 Dekabr 2018 On oğlum qurbandır bu Vətənə!
29 Noyabr 2018 “Göy Məscid”də çəkilən foto
26 Noyabr 2018 Deyəsən toy adət-ənənələrimiz də Şahmalı babayla Qarabağda qaldı
16 Noyabr 2018 Azərbaycan Cümhuriyyəti müvəqqəti parlaman rəisindən Ənvər paşaya məktub
12 Noyabr 2018 Bibinisə xalanın boşanmış qızı!
05 Noyabr 2018 Ölkəni necə bütövləşdirməliyik?- Etnik, milli düşüncədən Vahid Dövlət fəlsəfəsinə
04 Noyabr 2018 Anası döyülən oğlanlar “qadınların bəlasına” çevrilir
02 Noyabr 2018 MƏN NİYƏ MÜSƏLMANAM?
19 Oktyabr 2018 Tarixi yurdumuz İrəvan necə “Ermənistan” oldu?! – Analitik yazı
02 Oktyabr 2018 Anamın qisası – (hekayə)
01 Oktyabr 2018 Bunu da içək özü burda olmayıb,ürəyi burda olanların sağlığına …
30 Sentyabr 2018 Dağ adamı…
02 Sentyabr 2018 Məni Keçmişə qaytarın!
25 Avqust 2018 Müqəddəs davaların insanları da müqəddəs olur
25 Avqust 2018 “Nə yaxşı ki, Azərbaycanda doğulmuşam” – Orxan Baxışlı yazır
16 Avqust 2018 SƏRSƏMLİK
31 İyul 2018 “Əzrail” Firqəsi