Süleymaninin ölümü qaçılmaz idi, cavaba hazırıq – Pompeo

ABŞ Süleymaninin ölümünə görə İranın verəcəyi istənilən cavaba hazırdır.

Sozcu.az xəbər verir ki, bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib. O, Tramp administrasiyasının amerikalıları qorumaq üçün hər şeyi etmək niyyətində olduğunu bildirib:

“Biz çox variantı nəzərdən keçirmişik. Biz İranın istənilən reaksiyasına hazırıq. Süleymaninin ölümü qaçılmaz idi”.

Facebook Comments