Sulduzlu milli fəal Səccad Şəhiri həbs edildi

Güney Azərbaycanın Sulduz (Nəqədə) şəhərindən olan milli-mədəni fəal Səccad Şəhiri həbs edilib.

Milli-mədəni fəal aprelin 3-də qərarların icrası idarəsinə müraciət etdikdən sonra 6 aylıq həbs cəzasını çəkmək üçün Sulduz şəhərinin həbsxanasına aparılıb.

Bundan öncə Səccad Şəhirinin barəsində “sistemə qarşı təbliğat” ittihamı ilə çıxarılan 6 aylıq həbs qərarı Sulduz Apellyasiya Məhkəməsi tərəfindən təsdiq edilmişdi.

Yanvar ayında S.Şəhirinin vəkili Əsgər Məhəmmədiyə göndərilən bildirişdə Cinayət Prosessual Məcəlləsinin A bəndinin 445-ci maddəsinə istinadən məhkumun etiraz şikayətinin rədd edildiyi və birinci məhkəmə tərəfindən verilən qərarın qüvvədə saxlanıldığı bildirilmişdi.

Səccad Şəhiri 2020-ci il yanvar ayının 16-da İran hökumətinin kəşfiyyat agentləri tərəfindən Sulduz şəhərində saxlanılaraq istintaq edilmək üçün ETTELAAT-ın Təbrizdəki təcridxanasına köçürülmüşdü.

O, həmin ilin mart ayının 2-də ETTELAAT-ın təcridxanasından Təbriz şəhərinin mərkəzi həbsxanasına köçürülüb və 500 milyon tümənlik girov qarşılığında məhkəmənin son qərarına qədər müvəqqəti olaraq sərbəst buraxılıb.

Qeyd edək ki, Səccad Şəhiri bundan öncədə dəəfələrlə dinc mədəni fəaliyyətinə görə hökumət məmurları tərəfindən saxlanılıb.

Facebook Comments