Süd məhsullarının ziyanı üzə çıxdı

İnsan gün ərzində 200 qramdan çox süd məhsulları qəbul etməməlidir.

Sozcu.az ölkə.az-a istinadən bildirir ki, bunu Rusiyanın Səhiyyə nazirliyinin rəsmisi Darya Xalturin bildirib. Həkimlər isə xatırladırlar ki, süd məhsulları ilk növbədə körpələr üçün qidadır və bir çox faydalı maddələrin mənbəyidir. Amma süd məhsullarını normadan artıq qəbul edəndə orqanizmə faydadan çox ziyan vurur.

“Süd məhsullarından normal qaydada, müntəzəm olaraq istifadə etmək bəzi xəstəliklərin qarşısını alır. Orta hesabla gün ərzində 200 qram qəbul etmək olar. 400 qram qəbul edəndə isə təsiri müsbət olmur”, – deyə Xalturina qeyd edib.
Onun sözlərinə əsasən, yoqurt, kefir, kəsmik, pendir və digər süd məhsulları süddən daha faydalıdır. Süd isə yaşlı insanlara məsləhət görülmür.