Suares “Barselona”da qalmaq istəyir

“Barselona”nın futbolçusu Luis Suares komandada qalmaq istəyindədir.

Sozcu.az xəbər İspaniya mətbuatına istinadən xəbər verir ki, 32 yaşlı hücumçu açıqlamasında Kataloniya təmsilçisi ilə yeni müqavilə bağlamaq istədiyini deyib: “Həmişə bütün gücümü verdiyim komandada çox xoşbəxtəm. Statistika və rəqəmlər də bunu göstərir. Düşünürəm ki, müqaviləmi uzatmaq məsələsini müzakirə edə bilərik. Yəqin ki, yeni sözləşmə imzalayacağıq”.

Qeyd edək ki, L.Suares 2014-cü ildən “Barselona”da oynayır.(Qol.az)

Facebook Comments