Suares “Atletiko”da – Rəsmi

“Barselona” futbolçusu Luis Suaresin “Atletiko”ya transfer olunduğunu açıqlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə klubun saytı məlumat yayıb. Bildirilib ki, Madrid təmsilçisi 33 yaşlı hücumçu üçün Kataloniya klubuna 6 milyon avro ödəyəcək. Məbləğ uruqvaylı futbolçunun oyunundan asılı olaraq, artırıla biləcək.

Qeyd edək ki, Suares 2014-cü ildən “Barselona”da oynayırdı. O, burada ümumilikdə 283 matçda 198 qol vurub.

Facebook Comments