“Sual edirəm, niyə İlqar Məmmədovun oyunlarını ifşa etmirsiniz?” – ELDAR SABİROĞLU

“Maraqlı, həm də ədalətsiz münasibətlə qarşı-qarşıyayam. Ailəm bu hakimiyyətin verdiyi ağır sıxıntılar arasında əzilsə də ittihamlar yenə məndən əl çəkmir. Xüsusilə bəzi müxaliflərin yanaşmasını başa düşə bilmirəm. Gah məni əvvəllər seçdiyim yola görə qamçılayır, gah da indi ” nala – mıxa ” vurduğum üçün suçlu hesab edirlər. Və bunu yazanların əksəriyyəti müxalifət nümayəndələridir. Ancaq səbrin də bir sərhədi var. Məcbur etməyin ki, bildiklərimi ortaya qoyum. Onda həqiqətin kimin tərəfində dayandığını xalq aydınlığı ilə görər. Mənim YAP-çı olduğumu hər kəs bilir, YAP-çı olmayanların xidmətini hara yazaq!?”

Sozcu.az xəbər verir ki, bunu Müdafiə Nazirliyi mətbuat xidmətinin sabiq rəhbəri Eldar Sabiroğlu deyib. Eldar Sabiroğlu qeyd edib ki, Müxalifətin siyasi mübarizəsinin yekdilliyini təmin etmədən hakimiyyət üzərində hər hansı üstünlüyü fəth etmək barədə düşünmək sadəlövhlükdür:

“Sual edirəm, niyə İlqar Məmmədovun oyunlarını ifşa etmirsiniz? Onun idarə olunduğu barədə açıq mövqe ortaya qoymursunuz? Sizdən fərqli olaraq mən dəfələrlə iradlarımı internet vasitəsilə “böyük lider” İ. Məmmədovun ünvanına göndərmişəm.

Mənim keçmişimi təftiş etmək əvəzinə müxalifətdaxili problemlərin aradan qaldırılması üçün səylərin vahid istiqamətə yönəldilməsi daha ciddi nəticələrə yol aça bilər. Müxalifətin siyasi mübarizəsinin yekdilliyini təmin etmədən hakimiyyət üzərində hər hansı üstünlüyü fəth etmək barədə düşünmək sadəlövhlükdür.

Guya mən yazılarımla insanları ruhdan salır və müxalifəti qəsdən hədəfə gətirirəm. İnsafınız olsun!!! Barmaqla sayılacaq siyasi məhbus ailəsi var ki, hakimiyyətin zülmünü bizim qədər çəksin”.

Facebook Comments