“Stress, problem oldu, amma əlimdən gələni etdim” – Çingiz

“Eurovision 2019” təmsilçimiz Çingiz Mustafayev “Truth” mahnısı ilə yeddinci yeri tutub.
Sozcu.az-ın məlumatına görə, aparıcı-müğənni və yarışmanın Azərbaycan üzrə şəehçisi Murad Arif müğənninin videosunu yayıb.

“İnstaqramda yazırlar ki, sən bizim üçün birincisən. Sizləri sevirəm. Əlimdən nə gəldi etdim. Nə edə bilərdiksə, hamısını etdik. Gərginlik, stress, səsimdə problem oldu, amma oxudum. Kifayət qədər yaxşı oxudum” deyə, Çingiz söyləyib.

Qeyd edək ki, yarışmanın qalibi Niderland təmsilçisi Duncan Laurens və onun səsləndirdiyi “Arcade” mahnısı olub.(Axşam.az)