“Şou-biznesdən getsinlər” – Elza onları qovur

Əməkdar artist Elza Seyidcahan ARB TV-də yayımlanan “Show news” proqramına müsahibə verib.

Sozcu.az xəbər verir ki, sənətçi özünü “lider” adlandırıb:

“Həmişə öz yerimi bilmişəm. Oturduğum taxt da öz yerimdir. Yersiz olanlar şou-biznesdən getsin. Yeri olanlar isə tərpənməsinlər. Uşaqlığımdan idarəedici olmuşam. Dəfələrlə bunu sənət dostlarım mənə deyir. Elə bir adam olmayıb ki, onun əhvalını qaldırmayıb. Lider o demək deyil ki, əmr verəsən. Liderlik xidmət etmək, ardınca apara bilməkdir. Sənətdə xidmət edirəmsə, deməli, liderəm”.(Axşam.az)