Azərbaycanda bir qrup gənc Xankəndiyə qayıdışla bağlı sosial imzaya start verib.
Gəmiyə hücum: Azərbaycanlı öldürüldü, 15 nəfər girov götürüldü
Nigeriyanın Laqos şəhərindən Cənubi Afrikanın Keyptaun şəhərinə gedən gəminin 19 nəfərlik heyəti olub.
Rusiyada qarşıdurma davam edir: polis “top”a tutuldu – Video
Rusiyada müxalifətçi Aleksey Navalnının həbsi ilə bağlı keçirilən etiraz aksiyaları gecə saatlarında da davam edib.
“Əvvəllər 1362 manat alan hərbiçilərimiz indi 753 manat maaş alacaqlar” – Aslan İsmayılov
“Bu ay Kəlbəcərdə, Şuşada, Laçında, Murovda ən ağır şəraitdə hərbi qulluq keçənlərin maaşı iki dəfə azalıb. Əvvəllər 1362 manat alan hərbiçilərimiz indi 753 manat maaş alacaqlar. Yəni bu gün Tovuz, Qazax sərhəddində olan hərbiçilərlə Murovda şaxtada donan, həyatları hər dəqiqə risk altında olanlar eyni məvacib alacaqlar, hərçənd ki, elə Qazax, Tovuzda olan hərbiçilərin də maaşları çox azdır. Bu addımı atanlar bilmirlər ki, bu dəqiqələrdə Murovda qulluq çəkənlərin tüpürcəyi yerə düşəndə çaqqıldayır. Bu barədə sosial şəbəkələrdə iki gündür yazılır və hələ də heç bir ağıllı cavab oxumamışam. Bu barədə qanun, yaxud heç olmasa Nazirlər Kabinetinin qərarını axtarsam da, heç nə tapa bilmədim. Qanundan başqa məntiq də yoxdur. Oxuduğum odur ki, indi pula qənaətə görə yenidən yoxlamalar gedir. Yəni bunlar lətifədə olan kimi dovşanın qulaqlarını üzüb sonra sayırlar ki, 3 olmasın. Qanundan başqa, məntiqlə də bu Şanlı Qələbədən sonra hərbiçilərin maaşları azalmalı yox, qaldırılmalı idi. Bu addım isə Vətən Müharibəsindən sonra ancaq hakimiyyətin əleyhinə atılmış növbəti addımdır”.
DİN-dən Xaçmazda kənd sakinlərinin toplaşması ilə bağlı AÇIQLAMA
Sosial şəbəkələrdə Xaçmaz rayonunun Qımıl kəndinə gedən yolun yararsız vəziyyətdə olması ilə əlaqədar bir qrup kənd sakininin həmin əraziyə toplaşması ilə bağlı məlumat yayılıb.
ABŞ hərbi gəmisi Qara dənizə daxil olub
ABŞ-ın Hərbi Dəniz Qüvvələrinə məxsus mina və raket daşıyan 4-cü nəsil silahlanmaya məxsus “Donald Kuk” (Donald Cook DDG-75) hərbi gəmisi Qara dənizə daxil olub.
Zəhərlənənlər, güllələnlər, özünü “asanlar”… – Kreml bütün bu hadisələrdə əli olmadığını iddia edir
Putini sərt tənqid edənlər ya zəhərlənir, ya yolda güllələnir, da “özlərini” asırlar. Rusiyalı keçmiş xəfiyyə Aleksandr Litvinenko Londonda Moskvadan gələn iki tanışı ilə kafedə çay içdi, bir neçə saat sonra onun zəhərləndiyi aşkarlandı və bir gün sonra öldü, bəlli oldu ki, çayına “polonuim” qatıblar, bu məlum olana qədər hər iki tanışı Böyük Britaniyanın paytaxtını tərk etmişdilər.