Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

Son etirazlar zamanı Güney Azərbaycanın müxtəlif şəhərlərində tutulmuş 66 fəalın adı məlum olub.

Onlar son aksiyalarda Quzey Azərbaycana Qarabağın azadlığı yolunda dəstək göstərdikləri və İranın Ermənistana hərbi və logistik yardımına etiraz etdikləri üçün həbs ediliblər.

Onlar 16 iyuldan etibarən 18 oktyabra qədər qeyd edilən səbəblərə görə Güney Azərbaycanın müxtəlif şəhərlərində keçirilmiş eyləmlərdə tutulublar.

Adları məlum olan fəallar:

1. Əsgər Əkbərzadə
2. Meysəm Colani
3. Hamed Heydəri Barıs
4. Bəhmən Xeyrcu
5. Murtaza Pərvin
6. Mustafa Pərvin
7. Hüseyn Balaxani
8. Sübhan Bəxşi
9. Yaşar Muradi
10. Əli Xeyrcu
11. Mehdi Huşmənd
12. Peyman Ağayi
13. Vəhid Xavəndi
14. Siyamək Seyfi
15. Kazım Səfabəxş
16. Aydın Zakiri
17. Əhməd Yəqubi
18. Səhənd Behnemun
19. Salar Tahir Əfşar
20. Qüdrət Mənəfzadeqan

21. Əbülfəz Əsgərzadə
22. Cavad Rzayi
23. Peyman Ağayi
24. Dariyuş Niyaziye Şiran
25. Milad Əkbəri
26. Pərviz Siyabi
27. Əhməd Məhəmmədpur
28. Əli Məali
29. Mehdi Abdullahi
30. Şəhruz Hümmətoğlu
31. Məcid Kərimi
32. Əkbər Qarabaği
33. Murtaza Nəqizadə
34. Məcid Nəqizadə

35. Məhəmməd Nəqizadə
36. Zeynal Tənhayi
37. Səid Sultani
38. Əli Qəhrəmani
39. Babək Kiyumərsi
40. Mahmud Mahmudi
41. Rza Zarei
42. Əli Hacıəhmədi
43. İsa Yeganə
44. Məqsud Bagiri Qozar
45. Rza Seyidnuri
46. Siyamək Kuşəki
47. Məhərrəm Kərimi
48. Nasir Əhmədi
49. Əkbər Mühaciri
50. Rəsul Rəzəvi
51. Hüseyn Əmirhicri
52. Hüseyn Məhəmmədiyan
53. Sadullah Sasani
54. Şahin Bərzgər
55. Mərziyə Cavanşir
56. Sara Turi
57. Səkinə Əbdi
58. Şima Əlmasi
59. Məhtab Əsğərzadə
60. Aylin Şirzadi
61. Mina Vəlipur
62. Fatimə İbrahimzadə
63. Kövsər Neməti
64. Səid Colani

65. Sübhan Colani
66. Müctaba Pərvin

Həmin aksiyalar Quzey Azərbaycanın haqlı mövqeyinə dəstək, eləcə də İrandan Ermənistana silah göndərilməsinin qarşısını almaq və Nurduz gömrüyünün bağlanmasını tələb etmək məqsədilə təşkil olunub. Lakin hər bir etiraz İran rejiminin təhlükəsizlik qüvvələri tərəfindən zor tətbiq etməklə yatırılıb və çoxlu sayda fəal həbs edilib.

Həbs edilənlərin sayı həddindən artıq çox olduğundan, bu günə qədər onlardan bəzilərinin şəxsiyyətini müəyyənləşdirmək mümkün olmayıb.

Facebook Comments