SON DƏQİQƏ: Ukrayna Donetskə zərbələr endirir

Ukrayna hərbçiləri Donetsk ətrafı əraziləri 120 mm-lik minaatanlardan atəşə tutur.

Sozcu.az xəbər verir ki, bu barədə qondarma “donetsk xalq respublikası”nın atəşkəsə nəzarət mərkəzi məlumat yayıb.

Bildirilib ki, Ukrayna hərbçiləri Veseloe kəndinə 15 zərbə endirib. Bir neçə dəqiqə sonra isə minaatanlardan daha 5 zərbə endirilib.

Qeyd edək ki, bundan öncə qondarma respublikanın “rəhbəri” Denis Puşilin Ukraynanın Donbasda genişmiqyaslı əməliyyat başladacağını istisna etməmişdi.

***

Separatçıların minaatanlardan endirdiyi zərbələr nəticəsində Ukrayna hərbçilərindən biri qəlpə yarası alıb.

Bu barədə Ukraynanın “Şərq” operativ-taktiki qrupu məlumat yayıb.

Məlumata görə, o, hospitala yerləşdirilib.

Facebook Comments