SON DƏQİQƏ : Türkiyə ordusu 22 şəhid verib, Ərdoğan təcili toplantı keçirir

İdlibdə Türkiyə Silahlı Qüvvələri hava hücumuna məruz qalıb, 22 türk əsgəri şəhid olub.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bu barədə Hatay valisi Rahmi Doğan bildirib.

Vali əlavə edib ki, hücum zamanı Türkiyənin bir neçə hərbi qulluqçusu da yaralanıb.

Qeyd edək ki, hazırda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada Beştəpədəki Prezident Adminstrasiyasında təcili toplantı keçirir.

Toplantıda Türkiyənin Müdafiə naziri Hulusi Akar, Xarici işlər naziri Mövlud Çavuşoğlu, Milli Təhlükəsizlik Təşkilatının rəhbəri Hakan Fidan iştirak edir.

Sozcu.az

Facebook Comments