SON DƏQİQƏ : Türk ordusu 33 şəhid verdi

Suriyanın İdlib şəhərində 9 türk əsgəri şəhid olub.

Sozcu.az xəbər verir ki, bu barədə Hatay Valiliyi məlumat yayıb.

Məlumata əsasən, rejim qüvvələrinin hava hücumu nəticəsində türk əsgərləri şəhid düşüb.

Ağır yaralıların olduğu və onların Cilvegözü sərhəd məntəqəsindən gətirilərək Türkiyədə xəstəxanaya yerləşdirildiyi bildirilib.

***

Hatay valisi Rahmi Doğan türk ordusunun Suriya rejim qüvvələrinin hücumu nəticəsində verdiyi şəhidlərin sayının 22-yə qalxdığını açıqlayıb.

***

Doğan şəhid əsgərlərin sayının 29-a qalxdığını bildirilib. Onun sözlərinə görə, 36 əsgər isə ağır yaralıdır.

***

Rahmi Doğan ağır yaralı olan əsgərlərdən 4-nün həyatını qurtarmağın mümkün olmadığını və şəhid sayının 33-ə qalxdığını bildirib.

Facebook Comments