SON DƏQİQƏ: İranın daha bir məşhur generalı öldürüldü

İran İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlarından Asqar Paşapor Suriyada həlak olub.

Sozcu.az Publika.az-a istinadla xəbər verir ki, komandan müxalifət qüvvələri ilə döyüş zamanı ölüb. İranlı komandanın İdlib yaxınlığında gedən döyüşlər zamanı öldüyü güman edilir.

Bildirilir ki, Asqar Paşapor ABŞ ordusu tərəfindən Bağdadda öldürülən Qüds briqadasının komandanı Qasım Süleymani ilə yaxın dost olub.

Qeyd edək ki, bu günə qədər İran ordusunun Suriyada 2400 itki verdiyi iddia edilir.

Facebook Comments