SON DƏQİQƏ: Azərbaycan Ordusunun 5 hərbçisi minaya düşdü

Azərbaycan Ordusunun daha 5 hərbi qulluqçusu minaya düşüb.

Sozcu.az “Report”a istinadən məlumat verir ki, hadisə Tərtər rayonunun Talış kəndi istiqamətində baş verib.

Belə ki, N saylı hərbi hissənin komandiri, polkovnik-leytenant Kamil Duniyev, həmin hərbi hissənin leytenantı Həsən Əhmədov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçular (MAXE) – Sərxan Qəribov, Elşad Orucov və Məhərrəm Ağayev minaya düşüblər.

Hadisə zamanı hərbi qulluqçular ağır xəsarətlər alıblar və hərbi hospitala təxliyyə olunublar. K.Duniyevin ayağı amputasiya edilib.

Facebook Comments