Somalidə Türkiyə vətəndaşı terrorun qurbanı oldu

Terror aktını Əş-Şabab terror qruplaşmasının törətdiyi bildirilir.

Somalidə türkiyəli mühəndisə sui-qəsd edilib.

Somalinin paytaxtı Moqadişuda avtomobilinə qoyulan bombanın partlaması nəticəsində bir türk mühəndis ağır yaralanıb. Xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Terror aktını Əş-Şabab terror qruplaşmasının törətdiyi bildirilir. (ona.az)

Facebook Comments