Şok iddia: İran sərhədində PKK lideri məhv edildi

PKK lideri Cəmil Bayık Türkiyə Silahlı Qüvvələrinin əməliyyatı nəticəsində öldürülüb.

Sozcu.az xəbər verir ki, bu barədə “avazturk.com” məlumat yayıb.

İddiaya görə, Türkiyəyə məxsus dron C.Bayıkın olduğu avtomobili İran sərhədi yaxınlığında 29 dəqiqə izlədikdən sonra uğurlu atış icra edib:

“Terrorçu maşından qaçaraq canını qurtarmağa çalışsa da, növbəti atışla məhv edilib. Ətrafdakılar parçalanan cəsədi digər bir avtomobilə yığaraq ərazidən uzaqlaşıb. Həmin maşın da 32 dəqiqəlik müşahidədən sonra dəqiq atışla məhv edilib”.

Əməliyyatda Bayıkla yanaşı, xeyli terrorçunun da öldürüldüyü bildirilib.

***

Terrorçu Cəmil Bayıkın öldürülməsi ehtimalı var, lakin dəqiq deyil.

Bu sözləri AKP-dən olan keçmiş deputat, yazar Şamil Tayyar deyib.

“Əməliyyat öncəsi toplantıda iştirak edəcəyi ilə bağlı kəşfiyyat məlumatı var idi. Toplantıda iştirak edib-etmədiyi bəlli olmadığı üçün məlumat təsdiqlənməlidir. Nəticə nə olursa-olsun, qürurvericidir”, – deyə Tayyar bildirib.

Facebook Comments