ŞOK cinayət: Mahatma Qandinin külü mavzoleydən oğurlandı

Hindistanda məşhur siyasi və ictimai xadim Mahatma Qandinin ildönümündə naməlum şəxslər memorialdan onun qalıq küllərini oğurlayıblar.

Hindistan polisinin verdiyi məlumata görə, oktyabrın 2-də, Mahatma Qandinin 150 yaşı tamam olan gün naməlum şəxslər onun qalıqlarını oğurlayıblar. Təcavüzkarlar onun fotoşəkillərinin altından divara “Xain” sözünü də yazıblar.

Külün qalıqları 1948-ci ildən – yəni, Qandinin hücum nəticəsində öldürüldüyündən bəri saxlanılırdı.
Bəzi radikal hindular onu xain hesab edirlər, çünki bir vaxtlar hinduların müsəlmanlarla birliyini və barışmasını müdafiə edirdi – özü hindu olsa da.

Mahatma Gandi Hindistanın müstəqilliyi uğrunda milli azadlıq hərəkatına rəhbərlik edib və zorakılığa qarşı fəlsəfə yaradıb. Hindistanda əksər insanlar hələ də onu “millətin atası” hesab edirlər.

Mahatma Gandi 1948-ci ilin yanvarında hindistanlı ekstremistlərin sui-qəsdi nəticəsində öldürülüb. Səbəb, müsəlmanlarla dinc yanaşı yaşamaqla bağlı Qandinin fikirlərini ekstremistlərin qəbul etməməsi olub.