Şok: CHP İstanbulu da AKP-dən almaq istəyir – Son 1%…

Bələdiyyə seçkilərində AKP ilə CHP-nin ən ciddi mübarizə məkanlarından biri də İstanbuldur.

Sozcu.az xəbər verir ki, bu vaxta qədər İstanbulda seçki bülletenlərinin 98,14 faizi sayılıb. Hazırda AKP (Binəli Yıldırım) İstanbulda 48,77 faizlə (4.089.997 səs) irəlidədir. Ona CHP-çi Əkrəm İmamoğlu çox cüzi səslə uduzur. Belə ki, Ə.İmamoğlu 48,59 faiz (4.074.244 səs) toplayıb.

Paytaxt Ankarada CHP 50,36% səslə 47,43% səs toplayan AKP-ni geridə qoyur.(Axar.az)