“SOCAR Trading” Vyetnam neft emalı zavoduna Azərbaycan nefti tədarük edəcək

Vyetnamın “Binh Son Refining and Petrochemical Co” dövlət neft emalı və neft-kimya şirkəti Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) saziş imzalayıb.

Trend-in məlumatına görə, sazişə əsasən, “SOCAR Trading” Vyetnamın “Dung Quat” neft emalı zavoduna beş milyon barrel neft tədarük edəcək.

Proses 2020-ci ilin birinci yarısında baş tutacaq.

Vyetnam şirkəti bildirib ki, 2020-ci ildən Azərbaycan nefti ölkənin strateji neft məhsullarından biri olacaq.

Sozcu.az