SOCAR əməkdaşı İrəvan məhkəməsi önünə üçrəngli bayrağımızın emblemi ilə çıxıb – İLGİNC FAKT

Sozcu.az bildirir ki, bu məlumatı “Şimal xəbərləri”nə Gürcüstandakı həmkarlarımız veriblər.

İnformasiyada bildirilir ki, hadisə Gürcüstan-Ermənistan sərhəddində baş verib. Erməni sərhədçiləri təxminən bir ay əvvəl Gürcüstanın Marneuli rayonunun Sadaxlı kənd sakini, SOCAR əməkdaşı, əslən azərbaycanlı Kənan Musayevi oğurlayaraq İrəvana aparıblar.

Daşnaklar Kənanı SOCAR-ın geyimində görüb Azərbaycan vətəndaşı zənn ediblər. O, iyirmi iki gün İrəvanda girov saxlanılıb.

Gürcüstanın hakimiyyət dairələri məsələyə müdaxilə etdikdən sonra SOCAR işçisi İrəvan məhkəməsinə çıxarılıb.

Bu zaman maraqlı hadisə baş verib. Daşnaklar Kənandan əynindəki geyimdə üçrəngli bayrağımızın emblemi olduğuna görə onu çıxarmağı tələb ediblər. Lakin soydaşımız bütün təzyiqlərə baxmayaraq bundan imtina edib.

Nəticədə, Kənan məhkəmə önünə Azərbaycan bayrağının emblemi ilə çıxıb.

Məlumata əsasən, Kənan Musayev Gürcüstana qaytarılıb və hazırda doğma kəndindədir.

Sozcu.az

Facebook Comments