SOCAR Cəbrayılovun iki binasını sökdürür – Qərar

Sumqayıt Məhkəməsinin qərarına əsasən, keçmiş deputat, borc qalmaqalları ilə gündəmi zəbt edən Rəfael Cəbrayılova və qardaşına məxsus Dərhal MMC tərəfindən Mehdiabad-Novxanı şossesi üzərində 5,65 hektar torpaq sahəsində tikilmiş 23 ədəd altı mərtəbəli binanın 2-si və kompleksdəki obyektlərdən biri söküləcək.

Sozcu.az xəbər verir ki, bu haqda Bakıpost.az məlumat paylaşıb.

İddia edilib ki, məhkəmə söküntü işlərinin Cəbrayılov qardaşlarına məxsus şirkət tərəfindən aparılması barədə qərar çıxarıb:

“Səbəb kimi həmin ərazinin 1,4 hektarının “Binəqədi Oyl Kompani” Əməliyyat Şirkətinin istifadəsində olmasıdır”.

Qeyd edilib ki, kompleks tam məskunlaşıb və binaların böyük əksəriyyətində məcburi köçkünlər yaşayır.