“SOCAR bir əldən başqa ələ keçir” – Qubad İbadoğlu

“SOCAR bir əldən başqa ələ keçir”

Yanvarın 23-də “Azərbaycan Respublikası prezident İlham Əliyev Dövlət Neft Şirkətinin idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbirlər haqqında” fərman imzalayıb. Fərmana əsasən, SOCAR fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün bu qurumun Müşahidə Şurası yaradılıb. Müşahidə Şurası Azərbaycan Prezidentinin vəzifəyə təyin və vəzifədən azad etdiyi sədr də daxil olmaqla 7 üzvdən ibarətdir. İqtisadiyyat naziri Mikayıl Cabbarov

Müşahidə Şurasının sədri, birinci vitse-prezidentinin köməkçisi, Emin Hüseynov, Dövlət Neft Fondunun İcraçı direktoru, İsrafil Məmmədov, Energetika nazirinin müavini, Elnur Soltanov,
Maliyyə nazirinin müavini, Azər Bayramov, İqtisadiyyat nazirinin müavini, Rövşən Nəcəf, Azərbaycan İnvestisiya Holdinqinin Baş İcraçı direktoru, Ruslan Əlixanov Müşahidə Şurasının üzvləri təyin edilib.

Göründüyü kimi, Müşahidə Şurası əsasən birinci vitse-prezidentin komandasınün üzvlərindən təşkil olunub, bu tərkibdə digər maraq qruplarının, o sıradan da vətəndaş cəmiyyətinin təmsilçiləri yoxdur Halbuki, 1992-ci ildə Müşahidə Şurasında mətbuatın nümayəndəsi də təmsil olunurdu.

Proqnozlarım özünü doğrultmaqdasdır. Müşahidə Şurasının yaranması özlüyündə korporativ idarəetmə modelinin təşəkkül tapması üçün vacib institutdur. Təbii ki, belə Şura nominal deyil, maraq qruplarının gerçək təmsilçiləri əsasında formalaşdırılır. Görsənir ki, bundan sonra SOCAR-ın yenidən strukturlaşdırılması və səhmləşdirilməsi istiqamətində fəaliyyətlər həyata keçiriləcək. Bunlar SOCAR-a yeni sərmayələr cəlb etmək üçün lazımdır. Bu məqsədlə qazın qiymətinin bahalaşdırılacağı da ehtimal olunur. Əks təqdirdə SOCAR ən tezi 2022, ən geci 2023-də batacaq. Yeganə çıxış yolu idarəetmənin effektlivliyinin, şəffaflığın və hesabatlılığın artırılmasında və səhmləşdirmədədir.

Qubad İbadoğlu, iqtisadçı alim 

Facebook Comments