Siyavuş Novruzov Zəfər paradına qatılmadı

Bu gün Milli Məclisin deputatları yenidən koronavirus testindən keçirilib. Ümumiyyətlə, hər plenar iclas öncəsi deputatların COVID-19 virusuna yoluxub-yoluxmamasını dəqiqləşdirmək artıq prosedur olub.

Sozcu.az-ın xəbərinə görə, bu gün keçirilən Zəfər paradına heç də deputatların hamısı qatıla bilməyib. Əsasən paradda komitə sədrləri və müavinləri iştirak edib.

Parada qatıla bilməyən komitə sədrləri arasında Siyavuş Novruzov da olub.

Modern.az-ın yazdığına görə, Zəfər paradında iştirak üçün Siyavuş Novruzova dəvət göndərilsə də, koronavirus testinin pozitiv çıxması onun tədbirə qatıla bilməməsi ilə nəticələnib. Ancaq bu virus səbəbiylə parada qatıla bilməyən deputat tək Siyavuş Novruzov deyil. Xeyli sayda deputat virusa yoluxduğundan Zəfər paradını, tarixi hadisəni canlı izləyə bilməyib.

Qeyd edək ki, sabah, dekabrın 11-də Milli Məclisin növbəti plenar iclası keçiriləcək.Modern.az

Facebook Comments