Siyavuş Novruzov: “Bir ay domino oynama, nə olacaq?!”

“Bizdə adət-ənənə, ağsaqqal sözü var. Gərək insanlar tələblərə əməl eləsin”.

Sozcu.az-ın xəbərinə görə, bunu Milli Məclisin Regional məsələlər komitəsinin sədri, YAP icra katibinin müavini Siyavuş Novruzov deyib.

“Görürsən, biri deyir mənim 70-dən yuxarı yaşım var, nə olacaqsa, olsun. Axı söhbət tək səndən getmir ki. Sən özünü nəzərdə tutma, axı, gedib başqalarını yoluxduracaqsan. Görürsünüz, müəyyən dərəcədə artım oldu. Hamısı belə yanaşmaların nəticəsidir. Məsələn, həyətdə oturub domino oynayır, bir ay domino oynama, nə olacaq?! Yaxud deyir evdə ürəyim sıxıldı, çıxdım parka gəzməyə. Deyirlər olmaz da! Axı, olmazın düsturu var, bu, ölçülüb, biçilik, götür-qoy edilib, düşünülüb, deyilib olmaz! Bu, havadan götürülməyib, ya da burada dövlətin hansısa bir marağı yoxdur ki. Dövlətin marağı vətəndaşını, həmin şəxsi, onun ailə üzvlərini qorumaqdır. Gərək insanlar qaydalara riayət etsinlər. Düzdür, indi yavaş-yavaş başlayıblar riayət etməyə…” – S.Novruzov qeyd edib.musavat.com

Facebook Comments