Siyavuş Novruzovun xanımı Ombudsman oldu

Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Əliyeva Səbinə Yaşar qızı Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) seçilib.

Sozcu.az xəbər verir ki, Milli Məclisin bü gün keçirilən iclasında Ombudsman vəzifəsinə namizədlərlə bağlı müzakirələr aparılıb və deputatlar Səbinə Əliyevanı yeni müvəkkil kimi görüblər.

Xatırladaq ki, Prezident İlham Əliyev parlamentə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə 3 yeni namizəd irəli sürmüşdü: Apellyasiya Məhkəməsinin sədr müavini Kəmalə Abıyeva, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnsan Hüquqları və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Kəmalə Əliyeva və Konstitusiya Məhkəməsi Aparat rəhbərinin müavini Səbinə Əliyeva.

Səbinə Əliyeva YAP icra katibinin müavini, deputat Siyavuş Novruzovun xanımıdır.

Facebook Comments