Siyasi məhbus Rza Vasiqi məzuniyyətə buraxılıb

Ərdəbil zindanında saxlanılan türk siyasi məhbuslardan biri dəfələrlə müraciət və etirazlardan sonra qısa müddətli məzuniyyətə buraxılıb.

Ərdəbildə yaşayan milli-mədəni fəal Rza Vasiqi martın 6-da 80 milyon tümən girov qarşılığında qısa müddətli məzuniyyət haqqından istifadə edə bilib.

Rza Vasiqqi qardaşı Əli Vasiqi ilə birlikdə Ərdəbil zindanının 2-ci bəndində 2 illik həbs cəzalarını çəkir.

Vasiqi qardaşları 2020-ci il iyun ayının 10-da Ərdəbil şəhərindəki iş yerlərində təhlükəsizlik məmurlarının hücumu nəticəsində saxlanılıblar.

Saxlanılma zamanı onlar məmurlar tərəfindən zorakılığa məruz qalıb və döyülüblər. Milli fəallar gecə bülletenləri çap edib yaymaqla “ölkənin milli təhlükəsizliyinə qarşı cinayət törətməyə cəhd”də ittiham olunaraq mühakimə olunub və iki il həbsə məhkum olublar.

Facebook Comments