“Siti” UEFA-nın qərarından şikayət verir

“Mançester Siti” UEFA-nın qərarından Beynəlxalq Arbitraj Məhkəməsinə (CAS) şikayət edəcək.

Sozcu.az xəbər verir ki, bu haqda klubun yaydığı bəyanatda bildirilib.

Qitənin ali futbol qurumu klubun maliyyə feyr-pley qaydalarını pozmasını əsas gətirərək “Siti”ni 2020/2021 və 2021/2022 mövsümləri üçün Avropa kuboklarından kənarlaşdırıb. Bundan başqa, Premyer Liqa təmsilçisi 30 milyon avro məbləğində cərimələnib.

Qərardan narazılığını bildirən “Mançester Siti” CAS-a şikayət verəcəyini açıqlayıb.(Qol.az)

Facebook Comments