“Siti” böyük zəka nümayiş etdirdi” – Çeferin

UEFA prezidenti Aleksandr Çeferin “Mançester Siti”nin Avropa Superliqasını tərk etmək qərarını şərh edib.

Sozcu.az xarici KİV-lərə istinadən xəbər verir ki, o, bununla bağlı deyib: “Mançester Siti”ni yenidən Avropa futbol ailəsində salamlamaqdan məmnunam. Onlar böyük zəka nümayiş etdirdilər. “Siti” futbol üçün əsl sərvətdir və onlarla daha yaxşı bir gələcək üçün çalışdığıma görə şadam”.

Qeyd edək ki, “Mançester Siti” Avropa Superliqasını tərk etdiyini açıqlayan ilk klub olub.

Facebook Comments