“Sınıq Körpü” sərhəd-keçid məntəqəsində bölmə rəisi olan erməni azərbaycanlılara problem yaradır

“Azərbaycan və Gürcüstan arasında “Sınıq Körpü” sərhəd-keçid məntəqəsinin Gürcustan tərəfində çalışan erməni mənşəli zabiti Azərbaycan vətəndaşlarına süni problemlər yaradır.

Bu haqda Sozcu.az saytına məlumat verən Qazax rayon sakini bildirib ki, bununla bağlı Azərbaycanın Gürcüstanda olan səfirliyinə məlumat verərək, problemi həll etməyə yardımçı olmalarını xahiş etsələr də, bu günə qədər onların müraciətlərinə cavab verilməyib.

Verilən məlumata görə, Gürcüstan gömrüyündə bölmə rəisi işləyə nerməni zabit Azərbaycan vətəndaşlarını şərləyərək cərimələr yazır. Hətta dükanın qarşısında 30 dəqiqə dayanmağa icazə verilsə də, erməni bölmə rəisi Azərbaycan vətəndaşlarını 5 dəqiqədən artıq orda görən kimi 50 lari cərimə yazaraq cəzalandırır.

Bu haqda məlumat verən şəxs qeyd edir ki, yazılan cərimə gürcü dilində olduğu üçün cərimənin nəyə əsasən yazdıqlarını bilmək olmur. Bununla bağlı  Azərbaycanın Gürcüstanda olan səfirliyinə məlumat verərək, problemin həllinə kömək etməyi xahiş etsələr də, heç bir nəticə olmayıb.