Silahlılar şəhərə hücum etdi: 11 ölü, 2 yaralı

Meksikanın Halisko ştatında silahlıların hücumu nəticəsində 11 nəfər öldürülüb, iki nəfər isə yaralanıb.

Sozcu.az xəbər verir ki, bu barədə Meksika Prokurorluğu məlumat yayıb.

“Emiliano Zapata küçəsində 10 nəfərin meyiti aşkarlanıb. Daha bir yeniyetmənin isə meyiti evdə tapılıb”, – prokurorluqdan bildirilib.

Hadisə nəticəsində qadın və uşaq yaralanıb.

Faktla bağlı araşdırma aparılır.

Facebook Comments