Əsgərlərin tərxis olunması başladı – VİDEO

Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların mərhələli şəkildə tərxis edilməsi prosesinə başlanılıb.

Bu barədə Müdafiə Nazirliyinin mətbuat katibi Anar Eyvazov məlumat verib. O, bildirib ki, həmin şəxslər tərxis olunarkən maddi vəsaitlə də təmin edilirlər. Dünəndən Səfərbərlik üzrə hərbi xidmətə çağırılmış vətəndaşların mərhələli şəkildə tərxis edilməsi prosesinə başlanılıb.

Müdafiə Nazirliyinin Mətbuat katibi Anar Eyvazovun sözlərinə görə,Prezident İlham Əliyevin “Səfərbərlik üzrə hərbi xidmətdən tərxisetmə haqqında” sərəncamının Azərbaycan Ordusunda icrası ilə əlaqədar Müdafiə naziri Zakir Həsənovun müvafiq əmri imzalanıb.

Anar Eyvazov qeyd etdi ki,əsgər,zabit və gizirlər tərxis olunduğu zaman onlara aylıq müavinət də verilir.

Nazirlikdən o da bildirildi ki,ümumilikdə tərxisetmə ilə bağlı ictimaiyyətə mütəmadi olaraq məlumat veriləcək.

Facebook Comments