“Sevilya”dan “Monako”ya – 40 milyona

“Monako” heyətini yeni futbolçu ilə gücləndirib.

Sozcu.az klubun rəsmi saytına istinadən xəbər verir ki, knyazlıq təmsilçisi “Sevilya”dan Vissam Ben Yedderi transfer edib. 29 yaşlı hücumçu ilə 5 illik müqavilə imzalanıb. “Monako” Ben Yedder üçün “Sevilya”ya 40 milyon avro təzminat ödəyib.

Qeyd edək ki, Fransa millisin üzvü 2016-cı ildə “Tuluza”dan “Sevilya”ya keçmişdi. La Liqa klubunda 130 rəsmi oyuna çıxan hücumçu, 70 qol və 22 məhsuldar ötürmə ilə yadda qalıb.(Qol.az)