Sevgilisi ilə aylığı 12 minlik evdə yaşayacaq

Türkiyəli dicey Ozan Doğulu üç övladının anası Ece Yosmaoğludan ayrılandan sonra eşq yaşadığı Herayla birlikdə yaşayacaq.

Sozcu.az xəbər verir ki, onlar ötən gün birlikdə gəzərək kirayə verilən evlərə baxıb. Onlar jurnalistləri görəndən sonra isə uzaqlaşmağa başlayıb.

Cütlüyün birlikdə baxdığı evin aylıq kirayəsinin 12 min lirə olduğu bildirilib.

Doğulu qardaşı Kenan Doğlunun həyat yoldaşı Beren Saatla ayrılma xəbərlərinə isə “Mənə dəxli yoxdur” deyə, cavablandırıb.(Axşam.az)