Sərxoş halda görüntüləri yayılan polis əməkdaşı orqandan xaric edildi – VİDEO

Ötən gün sosial şəbəkələrdə sərxoş vəziyyətdə görüntüləri yayılan polis əməkdaşı işdən azad olunub.

Daxili İşlər Nazirliyinin Quba reginal qrupundan məlumata görə, Qusar Rayon Polis Şöbəsinin Həzrə Polis Bölməsinin əməkdaşı, polis serjantı Namiq Eyyubov barəsində araşdırmalar aparılıb və o, xidmətdə yol verdiyi nöqsanlara görə daxili işlər orqanlarından xaric olunub.

Sozcu.az

Facebook Comments