Şərqi Azərbaycanda əhalinin 18%-i koronavirusa yoluxub

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində son 24 saatda daha 18 yeni koronavirusa yoluxma halı aşkar edilib.

Bu barədə, Şərqi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rektoru Məhəmməd Hüseyn Somi məlumat verib.

Somi Şərqi Azərbaycan əhalisinin 18 faizinin koronavirusa yoluxduğunu təxmin edib. Onun sözlərinə görə, əyalətdə xəstəliyə yoluxanların sayı 8820 nəfərə çatıb. Tibbi universitetinin rektoru həmçinin infeksiyadan ölənlərin sayının 567 nəfərə çatdığını bildirib.

Qərbi Azərbaycan əyalətində də son 24 saatda 145 yeni koronavirusa yoluxma faktı qeydə alınıb. Qərbi Azərbaycanın səhiyyə xidmətinin rəhbəri və Urmiya Tibb Universitetinin rəisi Cavad Ağazadə əyalətdə koronavirus xəstəliyinə yoluxanların ümumi sayının 5094 nəfərə çatdığını bildirib. Onun sözlərinə görə, infeksiyadan ölənlərin sayı isə 216 nəfərə çatıb.

Ağazadə xəstəliyə yoluxanlardan 3533 nəfərinin tam sağalaraq evə buraxıldığını açıqlayıb.

Zəncan əyalətində isə rəsmi açıqlamaya görə, koronavirus infeksiyasına yoluxanların sayı 1150 nəfərə çatıb. Zəncan Tibb Universitetinin rəisi Pərviz Qızılbaş son 24 saatda daha 3 nəfərin xəstəliyə yoluxduğunu bildirib. Zəncanda koronavirusdan ölənlərin sayı isə 129 nəfərə çatıb. Qızılbaş xəstəliyə yoluxanlardan 946 nəfərinin tam sağaldığını bildirib.

Güney Azərbaycanın Ərdəbil, Həmədan və Qəzvin əyalətlərinin səhiyyə xidməti məsulları isə pandemiya ilə bağlı yeni rəqəmlər açıqlamayıb.

Sozcu.az

Facebook Comments