Şərqi Azərbaycanda baş verən zəlzələdə xəsarət alan olmayıb

Güney Azərbaycanın Şərqi Azərbaycan əyalətində Rixter cədvəli üzrə 3.6 bal gücündə zəlzələ olub.

Tehran Universitetinin Geofizika İnstitutunun yaydığı xəbərə əsasən, avqustun 7-də saat 09:33 radələrində baş verən zəlzələ, Təsuc şəhərinin yaxınlığında qeydə alınıb.

Şərqi Azərbaycan əyalətinin Böhran İdarəetmə İdarəsinin baş direktoru Məhəmməd Bağır Hünərbər zəlzələnin episentrinin yerin 8 kilometr dərinliyində olduğunu deyib.

Onun sözlərinə görə, zəlzələnin hər hansı bir dağıntıya səbəb olub-olmaması barədə məlumat yayılmayıb.

Facebook Comments