Şərqi Aralıq gərginliyi: Makron Ərdoğanla danışdıqdan sonra…

Aralıq dənizinin şərq hissəsində baş verən gərginlik son günlərdə yumşalmağa başlayıb.

Sozcu.az xəbər verir ki, bu barədə “Haber7” saytı məlumat yayıb.

Məlumata görə, Türkiyəyə təhdidlərlə təzyiq göstərmək istəyən Fransa sonda Ankaranın istəyini qəbul etməyə məcbur oldu.

Yunanıstanı qabağa çəkərək Türkiyənin qarşısını kəsmək istəyən Paris məqsədinə çata bilmədi.

Şərqi Aralıq məsələsində yalnız qalan Fransa Prezidenti Emmanuel Makron Avropa Birliyindən (AB) gözlədiyi dəstəyi də ala bilmədi.

“Türkiyəyə qarşı qırmızı xətt siyasəti tətbiq edirik” deyən Makron Ərdoğanla danışdıqdan sonra “Türkiyəyə hörmət edirik” mövqeyinə gəldi.

Afina da Ankara ilə masaya oturmaqdan başqa çarəsi olmadığını anladı.

Facebook Comments