Sərhədini qoruya bilməyən ölkədən Türkiyəyə nota – Foto

Türkiyə milli müdafiə naziri Hulusi Akarın İraqın şimalına səfəri zamanı türk hərbçilərin bazasını ziyarət etməsi və yayılan şəkli qalmaqala səbəb olub.

Sozcu.az xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi Akarın səfərinə etiraz olaraq Türkiyənin bu ölkədəki müvəqqəti işlər vəkilinə nota verib.

Notada İraq ərazilərində suverenliyin pozulması hallarının qəbul edilmədiyi vurğulanıb.

Qeyd edək ki, H.Akar mayın 1-də “Pəncə-İldırım” əməliyyat bölgəsinə səfər etmişdi.

Facebook Comments