Sərəskənd məktəbləri yararsız durumdadır: Şagirdlər təhlükəli sinif otaqlarında təhsil alır

Sərəskənd İcra hakimiyyətinin rəhbəri Əmin Əminiyan Nəzər Kəhrizi bölgəsində məktəblərin durumu ilə bağlı açıqlama verib.

O, bölgədə 37 qeyri-standard kaneks məktəbin olduğunu bildirib.

Əmin Əminiyan standart məktəblərin tikilməsi üçün yerli xeyriyyəçilərin yardımına ehtiyac duyulduğunu deyib.

Əminiyan bununla yanaşı bölgədə sinif otaqlarının 115-nin təhlükəli və dayanıqsız, 53 sinif otağının isə yarım dayanıqsız vəziyyətdə olduğunu vurğulayıb.

Qeyd edək ki, son illərdə Azərbaycan əyalətlərində təhsil ocaqlarının əsas problemi bölgədə xeyriyyəçilik ənənəsini yaşadan azərbaycanlılar tərəfindən həll edilir.

Yerli məsullar dəfələrlə açıqlama verərək təhsil sahəsində dövlət tərəfindən hər hansı büdcə vəsaitinin ayrılmayacağına işarə ediblər.

Facebook Comments