Serbiyadan AB-yə mesaj: Artıq yorulmuşuq

Serbiya Avropa Birliyinə qəbul edilməsini xahiş etməyəcək, çünki başqa birliklər Serbiya ilə bərabərhüquqlu danışıqlara hazırdırlar.

Sozcu.az xəbər verir ki, bunu “Pink” televiziyasına müsahibəsində Serbiya Müdafiə naziri Aleksandar Vulin deyib.

“Biz AB-dən asılı deyilik. Əgər onlar bizi Avropada görmək istəmirlərsə, o zaman bizimlə bərabərhüquqlu şəkildə əməkdaşlıq etmək istəyən digər alyansları nəzərdən keçirəcəyik. Bu hələ o demək deyil ki, biz hansısa alyansa üzv olacağıq.

AB Serbiyanı öz sırasında görmək istəməkdə maraqlı olub-olmadığına aydınlıq gətirməlidir. Biz artıq sizdən, daim hədəfləri dəyişən və yeni şərtlər qoyan siyasətinizdən yorulmuşuq”, – o bildirib.(Axar.az)