Serbiya Azərbaycanın ərazi bütövlüyünü dəstəklədi – RƏSMİ AÇIQLAMA

“Bugünkü görüşdə ölkələrimizin ərazi bütövlüyünə qarşılıqlı dəstəyimizi ifadə etdik”.

Sozcu.az-ın xəbərinə görə, bunu Bakıda səfərdə olan Serbiya Respublikasının Baş Nazirinin müavini, Daxili İşlər naziri və Milli Təhlükəsizlik Şurasının katibi Neboyşa Stefanoviç deyib.

“Biz əməkdaşlığımızın mərkəzində olan bütün məsələləri müzakirə etdik”, – deyə serbiyalı nazir bildirib.

O qeyd edib ki, görüşdə bütün münaqişələrin BMT prinsipləri əsasında və sülh yolu ilə həlli vurğulanıb: “Düşünürəm ki, bu ölkələrin gələcəyi üçün vacibdir və hər iki ölkənin marağındadır”.

Facebook Comments