Separatçılarla Nikolun savaşı böyüyür – Xəbərdarlıq edildi

Qarabağ hansısa əks-inqilab və inqilabın mərkəzi ola bilməz.

Sozcu.az xəbər verir ki, bunu “Tert.am”a Nikol Paşinyanın Qarabağın əks inqilabi mərkəzə çevrilməsi barədə fikrini şərh edərkən qondarma rejimin liderinin mətbuat katibi David Babayan söyləyib. Onun sözlərinə görə, Qarabağla Ermənistanın daxili siyasi həyatı fərqli olmalıdır:

“Qarabağ heç vaxt Ermənistanın daxili siyasi həyatına müdaxilə etməyib, eləcə də Ermənistan da heç vaxt Qarabağın daxili siyasi həyatına müdaxilə etməyib. Biz bunu qorumalıyıq. Bu müdaxilələrlə bizim birliyimizi məhv edə bilər. Məncə bunu hər kəs o cümlədən rəsmi İrəvan çox yaxşı anlayır”.

Qeyd edək ki, Paşinyan Qarabağdan geri dönən kimi dərhal öz Feysbukunda Qarabağın əks inqilabi ocağa çevrildiyi haqqında məlumatların gəzdiyini və əgər belə olacağı halda Qarabağ xalqının oranı inqilab ocağına çevirəcəyi barədə status paylaşmışdı.(Axar.az)