Separatçı rejim rəhbəri 2020-2025-ci illərdə Azərbaycanın 20 faizi üçün proqramını təqdim etdi…-FOTO

“Deməli, növbəti 5 ili də populist bəyanatlar, çıxışlar, mənasız səfər, görüş və danışıqlarla keçirəcəyik, hə?..”

“Artsax prezidenti Araik Arutyunyan iyunun 30-da respublikanın qanunverici və icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə geniş iclas keçirib».

Sozcu.az xəbər verir ki, işğalçı Ermənistan saytları Azərbaycan Respublikasının işğal altındakı 20 faizlik torpaqlarında qondarılmış separatçı-terrorçu rejim rəhbərliyinin mətbuat xidmətinə istinadla belə təmtəraqlı məlumat yayıb.

Daha sonra deyilir:

“Məlumata görə, iclasda Artsax prezidentinin 2020-2025-ci illər üçün proqramı təqdim edilib. Dövlət başçısı çıxışında vurğulayıb ki, proqramda prezidentin və icra hakimiyyətlərinin əsas prioritetləri, həmçinin respublikanın növbəti 5 il üçün inkişafı da yer alır”…

P.S. Bu o deməkdirmi ki, biz növbəti 5 ili də populist bəyanatlar, çıxışlar, ATƏT-in Minsk Qrupunun, ölkə başçıları və XİN rəhbərlərinin mənasız səfər, görüş və danışıqları ilə keçirəcəyik, hə?..moderator.az

Facebook Comments