“Sent-Etyen”ə “Monpelye”dən ağır zərbə

Fransa Liqa 1-də 36-cı tura start verilib.

Sozcu.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçirilib. Çempionlar Liqasına vəsiqə qazanmaq uğrunda mübarizə aparan “Sent-Etyen” doğma azarkeşləri qarşısında “Monpelye”ni qəbul edib və minimal hesabla məğlub olub.

Bir neçə tur əvvəl çempionluğunu rəsmiləşdirən PSJ, səfərdə “Anje”nin qonağı olacaq. Uğursuz mövsüm keçirən “Monako” isə “Nim”lə qarşılaşacaq. Turun mərkəzi oyununda “Marsel” “Lion”la münasibətlərinə aydınlıq gətirəcək.

Fransa Liqa 1, 36-cı tur

10 may

Sent-Etyen – Monpelye 0:1
Qol: Laborde, 64.

11 may

19:00 Anje – PSJ
22:00 Amyen – Tuluza
22:00 Kan – Reyms
22:00 Dijon – Strasburq
22:00 Nim – Monako
22:00 Nitsa – Nant

12 may

17:00 Renn – Genqam
19:00 Lill – Bordo
23:00 Marsel – Lion

(Komanda.az)