Senatordan Zelenskiyə: Ukrayna müqəvvadır, nümunə deyil

Ukraynanın yeni prezidenti ilk növbədə Odessadakı qətllərin, Donbasdakı atışmanın səbəbkarlarını ədalət qarşısına çıxarmalı, millətçilərə qadağa tətbiq etməlidir.

Sozcu.az xəbər verir ki, bu sözləri rusiyalı senator Aleksey Puşkov Ukraynanın yeni Prezidenti Vladimir Zelenskinin ölkəsinin missiyası barədə açıqlamasına şərh olaraq Tvitter mikrobloqunda yazıb. Puşkov bildirib ki, sadalanan qərarlardan sonra Ukraynanın missiyası barədə danışmaq olar:

“Hələ ki, Ukrayna müqəvvadır, nümunə deyil”.

Qeyd edək ki, V.Zelenski Ukraynanın missiyasını açıqlayıb. O bildirib ki, ölkəsinin əsas hədəfi demokratiyaya xidmət edərək postsovet ölkələrinə nümunə olmaqdır.(Axar.az)