Sensasiya: Mehdiyev yüksək vəzifəyə seçildi – Təcili

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadənin vəzifəsindən azad olunması üçün yazdığı ərizə ilə bağlı AMEA Rəyasət Heyətinin iclası keçirilir.

Sozcu.az xəbər verir ki, iclasda Rəyasət Heyətinin üzvləri iştirak edirlər.

Yekunda heyətin qərarı ilə AMEA-ya yeni prezident seçiləcək.

Qərarın yaxın dəqiqələrdə açıqlanacağı bildirilir.

Akademik Ramiz Mehdiyevin AMEA-nın prezidenti vəzifəsinə namizədliyi təklif olunub.

İclas başa çatıb və Ramiz Mehdiyev AMEA prezidenti vəzifəsinə seçilib.