Şəmkirdə baş vermiş avtoqəzada ölən və xəsarət alan şəxslərin kimliyi müəyyən edilib – FOTO – YENİLƏNİB

Şəmkirdə baş vermiş ağır yol qəzası nəticəsində dünyasını dəyişən şəxslərin adları məlum olub.

APA-nın qərb bürosunun məlumatına görə, bunlar 1987-ci il təvəllüdlü Həsənov Əli Mürsəl oğlu və 1985-ci il təvəllüdlü Aslanov Elmədin Mehbalı oğludur.

Yol-nəqliyyat hadisəsi nəticəsində, həmçinin 4 nəfər – 1984-cü il təvəllüdlü Ağalarov Şahin Əbülfəz oğlu, 1998-ci il təvəllüdlü Əsgərov Anar Mirzə oğlu, 1998-ci il təvəllüdlü Həsənov Elvin Bayram oğlu və 1998-ci il təvəllüdlü Mərdanov Fərid Arzu oğlu xəsarət alaraq Şəmkir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Məlumata görə, yol qəzası zamanı iki “Mercedes” markalı minik maşını toqquşub.

***

Saat 22:25

Şəmkirdə ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Əliyaqublu kəndindən keçən hissəsində qeydə alınıb. Avtoqəza nəticəsində 2 nəfər ölüb, 4 nəfər isə xəsarət alıb.

Hazırda hadisə yerinə təcili tibbi yardım briqadası və DYP əməkdaşları cəlb olunub.

Təfərrüatlar araşdırılır.

Sozcu.az

Facebook Comments